EN

Başqırdıstanda atəş açan məktəbli saxlanılıb

Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufadakı gimnaziyanın doqquzuncu sinif şagirdi silahdan atəş açıb.

"Far.Az" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Başqırdıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun saxlanıldığı bildirilib.

İlkin məlumata görə, gimnaziyanın 9-cu sinif şagirdlərindən biri müəllimə və üç sinif yoldaşına atəş açıb.

Başqırdıstanın rəhbəri Radiy Xabirov heç kimin xəsarət almadığını söyləyib.

Chosen
19
far.az

1Sources