EN

İsrail Zelenskini dəstəkləyib

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

AzVision.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saarın sözlərinə görə, bu qərarın böyük diplomatik və mənəvi əhəmiyyəti var. “Ukrayna prezidenti Volodimir Zelenskinin SEPAH-ı terror or təşkilatı kimi tanımaq qərarı terrora qarşı, repressiyalara qarşı, azadlıq üçün atılmış mühüm addımdır”, - İsrail XİN-in rəhbəri deyib. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə “X” sosial şəbəkəsində İranın ölkə daxilində və xaricində terror siyasətinin çoxsaylı qətllərə, sabitliyin pozulmasına və iztirablara səbəb olduğunu qeyd edib. - Bu siyasət İrandakı repressiyalar, Ukraynada “Şahed” dronlarının istifadəsi və digər ölkələrdə zorakılıq nəticəsində minlərlə insan itkisi ilə nəticələnib. Biz qərar verdik ki, hər şeyi öz adı ilə çağıraq”, - Siqiba vurğulayıb. Bundan əvvəl İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf Tehranın Avropa İttifaqı (Aİ) ölkələrinin ordularını “terrorçu qruplaşmalar” adlandırdığını açıqlamışdı. Bu qərarın Aİ-nin əvvəllər SEPAH-ı terror təşkilatı kimi tanımasına cavab olduğu bildirilib. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
azvision.az

1Sources