EN

Danimarka hərbi kəşfiyyatı Haker Akademiyasına qəbulu bərpa edib

Bakı, 3 fevral, AZƏRTAC

Danimarkanın Hərbi Kəşfiyyat Xidməti altı ildən sonra ilk dəfə olaraq Haker Akademiyasına namizədlərin seçim prosesinin başlandığını elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə müvafiq elan ölkənin rəsmi mətbuatında yerləşdirilib. Məlumata görə, avqustun 3-də başlayacaq intensiv təlim kursu təxminən beş ay davam edəcək. Danimarka Hərbi Kəşfiyyat Xidməti təlim proqramının kiber təhlükələrə uyğunlaşdırıldığını açıqlayıb. Akademiyaya qəbul üçün əsas tələblərə spesifik düşüncə tərzi, öyrənmə qabiliyyəti və komanda işi bacarıqları daxildir. Məzunlar Danimarkanın maraqları naminə digər ölkələrin kompüter şəbəkələrinə müdaxilə edəcəklər.

Chosen
6
1
azertag.az

2Sources