EN

“Like”la ölçülən dəyər və rəqəmsal dünyada itən uşaqlığımız

ain.az bildirir, Modern.az portalına istinadən.

Bütün dövrlərdə uşaqlar yaşadıqları mühitə, cəmiyyətin normalarına, stereotiplərinə və mövcud şəraitə uyğun şəkildə formalaşıblar və bir cəmiyyətin, dövlətin, eləcə də millətin davamlı inkişafı və uzunmüddətli sabitliyin əsas şərti uşaqların düzgün yetişməsidi. Müasir dövrdə isə bu prosesi müəyyən edən əsas güc internet və sosial şəbəkələrdir. İnternet artıq təkcə informasiya və əyləncə mənbəyi deyil, eyni zamanda cəmiyyətin normalarını, həyat tərzini, siyasi mövqelərini və gələcəyə baxışını formalaşdıran mühüm bir mühitə çevrilib. Xüsusilə, YouTube, TikTok, Facebook və Instagram kimi platformalar vasitəsilə rəqəmsal mühit insanları yalnız məlumatlandırmır, eyni zamanda onları istiqamətləndirir, təsir altına alır və müəyyən düşüncə və davranış çərçivələri yaradır.Mənim yaşıdlarım üçün “like”, “view” və izləyici sayı getdikcə daha vacib olur. Bəzən insanın öz dəyəri real həyatda yox, ekranda aldığı reaksiyalarla ölçülür. Paylaşımın az “like” alması özünə inamsızlıq yaradır, çox alması isə süni bir xoşbəxtlik hissi verir. Bu da stressə və təkliyə səbəb olur.Sosial şəbəkələrdə gördüyümüz videolar və “trend”lər təsadüfi deyil. Alqoritmlər nəyi izlədiyimizi analiz edir və məqsədli şəkildə bizi eyni məzmun dairəsinə salır. Cəmiyyətin həsəs qrupu olan  uşaqlar və yeniyetmələr isə bunan ən cox təsirlənən tərəf olur. Zorakılığı normallaşdıran, qorxu yaradan və ya yalan məlumat yayan paylaşımlar adi hal kimi qəbul edilir.Bu gün daha təhlükəli problemlərdən biri “fake” news və “deepfake” məzmunlardır. İnternetdə yayılan bəzi xəbərlər və videolar həqiqi görünsə də, əslində saxtadır. “Deepfake” texnologiyaları ilə insanların səsi və görüntüsü dəyişdirilərək onları demədikləri sözləri demiş kimi göstərirlər. Bu cür məzmunlar özündə siyasi mövqe, dini radikalizm, şəxsi maraqlar daşıyır və beləliklə, insanları aldatmaq və cəmiyyətdə inamsızlıq yaratmaq üçün istifadə olunur.Digər ciddi problem isə rəqəmsal asılılıqdır. Telefonu saatlarla əlindən qoymamaq, gecə gec yatmaq, dərslərə diqqətin azalması artıq bir çox gənc üçün adi hala çevrilib. Real ünsiyyət azalır, insan özünü getdikcə daha çox tənha hiss edir.Bu məsələlər təkcə uşaqların problemi deyil, bütövlükdə cəmiyyətin problemidir. Çünki bu gün manipulyasiyaya məruz qalan uşaq sabah qərar verməkdə çətinlik çəkən, təsirə açıq bir gənc ola bilər.Bu baxımdan dövlətin rolu xüsusilə vacibdir. Son illərdə cənab Prezidentin yaratdığı yeni geosiyasi reallıqlar, sülh gündəliyi və ABŞ kimi lider dövlətlərlə imzalanan sənədlər qarşılıqlı inam və etimadın göstəricisidir. Bu əməkdaşlıq təkcə iqtisadi və hərbi sahələri deyil, eyni zamanda süni intellekt və rəqəmsal inkişaf istiqamətlərini də əhatə edir. ABŞ kimi süni intellekt sahəsində dünyanın qabaqcıl ölkələrindən biri ilə  əməkdaşlıq Azərbaycanın bu sahədə inkişafına  mühüm töhfə verəcək. Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası da bu yanaşmanı əks etdirir.Eyni zamanda ölkəmizdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlar mövcuddur. Bu qanunlar uşaqları psixoloji baxımdan zərərli məzmundan və şəxsi məlumatların icazəsiz yayılmasından qorumağı nəzərdə tutur. Lakin rəqəmsal manipulyasiya və asılılıq kimi yeni çağırışlar bu qanunvericiliyin daha da təkmilləşdirilməsini zəruri edir. Bu günlərdə Milli Məclisdə uşaq hüquqları ilə bağlı məsələnin gündəliyə salınması da  məhz bu zərurətdən irəli gəlir. Digər bir vacib  məsələ isə riskli alqoritmlərin qarşısının alınması ilə bağlıdır. Burada uşaqların daha çox müdafiə olunması üçün real mexanizmlərin yaradılmasına, valideyn nəzarəti alətlərinin  gücləndirilməsinə və məktəblərdə  rəqəmsal savadlılıq dərslərinin tədrisinə ciddi ehtiyacın olduğunu ayrıca qeyd etmək istərdim.

Rəqəmsal dünya artıq reallıqdır. Amma bu reallıq bizi idarə etməməlidir. Əksinə, biz onu düzgün və təhlükəsiz şəkildə idarə etməyi öyrənməliyik. Uşaqlıq “like”larla yox, real həyatla ölçülməlidir.Atilla Quluzadə 

Dünya məktəbinin 10-cu sinif şagirdi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
1
modern.az

2Sources