EN

Fərid Qayıbov: Gənclər evləri və təşkilatlarının fəaliyyəti gənclərimiz üçün çox faydalıdır

Xankəndi, 3 fevral, AZƏRTAC

Azərbaycanda Gənclər Gününün yüksək səviyyədə qeyd olunması, Gənclər evlərinin və gənclər təşkilatlarının aktiv fəaliyyəti bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu, gənclərimiz üçün çox faydalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Gənclərinin XI Forumu çərçivəsində “Şəhərsalma və Memarlıq İli: Gənclərin Baxışı” mövzusunda keçirilən sessiyada deyib.

Nazir qeyd edib ki, son dövrlər gənclərin iştirakı ilə mühüm layihələr həyata keçirilib: “Biz gənclərimiz üçün silsilə tədbirlər reallaşdırırıq və sevindirici haldır ki, bu tədbirlər azad edilmiş ərazilərimizi də əhatə edir. Planlarımız genişdir. Növbəti tədbirimiz Naxçıvanda olacaq, orada da gənclərlə görüşlər və tədbirlər təşkil edəcəyik. Biz bütün gənclərimizlə fəxr edirik və onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”.

Chosen
17
azertag.az

1Sources