EN

Rusiyada doqquzuncu sinif şagirdi məktəbdə ATƏŞ AÇIB: YARALILAR VAR

Ajans.az Rusiyanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, şagird dərs zamanı plastik BB tapançası ilə idman zalına daxil olub və müəllimə, eləcə də üç sinif yoldaşına bir neçə dəfə atəş açıb. Bundan əlavə, o, fişəng də partladıb. Nazirliyin Telegram kanalında yayımlanan açıqlamada bildirilir ki, yeniyetmə patrul polisi və Rusiya Milli Qvardiyasının əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda hadisənin motivləri və başvermə şəraiti araşdırılır. Yaralananlar barədə əlavə məlumat verilməyib.

Chosen
9
Ajans.az

1Sources