EN

İran Prezidenti ABŞ ilə danışıqların aparılması üçün göstəriş verdi

BAKI, TurkicWorld

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın müzakirə ilə əlaqədar təklifini nəzərə alaraq İran Xarici İşlər Nazirliyinə danışıqlara şəraitin yaradılması və uyğun şəraitdə müzakirələrin aparılmasına göstəriş verib.

TurkicWorld bu barədə İran Prezidentinin informasiya portalına istinadən məlumat verib.

Məlumata görə, İran Prezidenti bildirib ki, Donald Trampın müzakirə ilə əlaqədar təklifinə cavabın verilməsi üçün regionda dost ölkələrin müraciətini nəzərə alaraq xarici işlər naziri Seyid Abbas Əraqçiyə göstəriş verilib ki, şəraitdə və məntiqsiz gözləntilər və təhdiddən uzaq şəraitdə milli mənafe çərçivəsində ədalətli müzakirəyə şərait yaratsın.

Qeyd edək ki, 2025-ci il 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.

Chosen
1
2
turkic.world

3Sources