Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tur start götürəcək.
Fanat.Az xəbər verir ki, açılış oyununda "Azərreyl" ilə "Gənclər" üz-üzə gələcəklər.
Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Qeyd edək ki, XII tura sabah yekun vurulacaq.