Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub.
Ucnoqta.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Rüfət Allazov adıçəkilən idarənin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin digər əmri polis polkovniki Emil Səfərov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.