EN

Almaniya XİN rəsmi Moskvanın ittihamına sərt reaksiya verdi

Bakı. Trend:

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiya Xariciİşlər Nazirliyinin (XİN) bəyanatında Almaniya hökumətinin“revanşistlər” kimi təqdim olunmasına sərt reaksiya verib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Bu, Rusiyanın ucuz, diqqəti yayındırmaq məqsədli birtaktikasıdır”,- deyə XİN rəhbəri bildirib.

O vurğulayıb ki, Almaniyanın öz keçmişinin tənqidi təhlili iləbağlı heç bir problemi yoxdur.

Xatırladaq ki, bundan əvvəl Rusiya XİN bəyanatında Almaniyahökuməti Moskva ilə ultimatum dilində danışmaqda ittiham olunmuş vəölkə rəhbərliyi "revanşistlər" kimi təqdim edilmişdi.

“Revanşist qüvvələr nəzərə almalıdırlar ki, Ukrayna ərazisindəyerləşdiriləcəyi təqdirdə bütün xarici hərbi kontingentlər, ocümlədən Almaniya kontingenti, Rusiya Silahlı Qüvvələri üçünlegitim hədəflərə çevriləcəklər”, — deyə Rusiya XİNbildirmişdi.

Məqalədə:
Chosen
3
1
az.trend.az

2Sources