EN

Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 57 əcnəbi deportasiya edilib

Son günlərdə Gürcüstanda 57 nəfər əcnəbinin ölkədə qanuni olma və yaşama qaydalarını pozması müəyyənləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Türkiyə, Hindistan, Tailand, Rusiya, Çin, Kuba, Azərbaycan, Banqladeş, İran, Özbəkistan, Yəmən, Yunanıstan, Əlcəzair, Misir, Türkmənistan, İordaniya, İsrail, Mərakeş, Nepal, Nigeriya və Suriya vətəndaşları olan həmin şəxslər Gürcüstandan deportasiya edilib.

Yerli qanunvericiliyə uyğun olaraq onların Gürcüstana girişinə qadağa tətbiq olunub.

DİN-in məlumatına əsasən, bu ilin yanvar ayında Gürcüstandan çıxarılan xarici vətəndaşların sayı 232 nəfərdir.

Chosen
1
7
redaktor.az

10Sources