EN

​“Arsenal” "Qarabağ"ı belə sevindirə bilər

“Arsenal” “Nyukasl Yunayted”in ulduz futbolçusu Sandro Tonali üçün fantastik təklif irəli sürüb. Metbuat.az xəbər verir ki, "Arsenal"ın futbolçusu Merinonu zədə aldığı üçün mövsümün sonuna qədər oyunlarda iştirak etməyə bilər. Buna görə, “Arsenal” Tonali üçün 100 milyonluq büdcə ayırıb. İddialara görə, “Arsenal” bu transfer pəncərəsində transferi yekunlaşdırmaq istəyir. Məlumata görə, “Nyukasl Yunayted” futbolçunu buraxmaq istəmir. Onun “Nyukasl Yunayted”lə müqavilə 2029-cu ildə yekunlaşır.

Qeyd edək ki, “Nyukasl Yunayted” Premyer Liqada 10-cu yerdə qərarlaşıb. “Nyukasl Yunayted” Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq.

Chosen
4
1
metbuat.az

2Sources