EN

Martdan etibarən qripə yoluxmalar azalacaq – Səhiyyə Nazirliyi

Bakı. Trend:

Hər il olduğu kimi qış aylarında qripə yoluxma hallarının birqədər çox olduğunu müşahidə edirik. Epidemioloji qanunauyğunluqlarəsasında deyə bilərik ki, mart ayında və daha sonra qripə yoluxmahallarının azalması gözlənilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, ölkədə epidemioloji durum müvafiq səhiyyəqurumları tərəfindən ciddi izlənilir:

"Aparılan müşahidə və tədqiqatlar hazırda qrip infeksiyası iləəlaqədar epidemioloji vəziyyətin nəzarət altında olmasını göstərir.Bu hallarda əlavə tədbirlərə ehtiyac duyulmur. Qripin ağırlaşmaları5 yaşın altında olan uşaqlar ilə yanaşı digər risk qruplarında damüşahidə edilir. Bunlara hamilələr, 65+yaşlı insanlar və müxtəlifsəbəbli immundefisiti və ağır yanaşı xroniki xəstəlikləri olanşəxslərdir. Vaksinasiya qeyd edilən bütün risk qruplarına daxilolan insanlar üçün ciddi tövsiyə olunur. Ən çox rast gələnağırlaşmalar əsasən pnevmoniya, həmçinin uşaqlarda orta qulağıniltihabı təsadüf olunur. Qripə qarşı vaxtında edilmiş vaksinasiyayoluxma hallarında xəstəliyin asimptomatik, bəzən yüngül vəfəsadsız keçməsinə səbəb olur. Vaksin eyni dərəcədə bütünfəsadlardan şəxsi qoruyur və risk qruplarına daxil olan insanlarınpeyvənd olunması bu məqsədi daşıyır".

Təyyar Eyvazov qeyd edib ki, ümumi gigiyena tədbirlərinə əməlolunması tövsiyə olunur:

"Əllərin tez-tez və ən azı 20 saniyə sabun və su ilə yaxşıcayuyulması (bu, bütün ailə üzvlərinə, xüsusən öskürmədən,asqırdıqdan sonra və ya körpələrlə təmasdan əvvəl aiddir). Tənəffüsyollarının gigiyenasına riayət edilməsi: öskürərkən və asqırarkənağzı və burnu əllərlə deyil, birdəfəlik salfet və ya dirsəkləbağlanmalıdır. Xəstə insanlarla yaxın təmasdan çəkinmək lazımdır.Tez-tez istifadə olunan əşyaların və səthlərin (qapı tutacaqları,oyuncaqlar) müntəzəm təmizlənməsi vacibdir. Kəskin respirator virusinfeksiyası epidemiyaları dövründə insanların böyük izdihamındanyayınmalı, xəstə insanlar (xüsusilə uşaqlar) mümkünsə evdə qalmalıvə risk qrupuna aid insanlarla (körpələr, yaşlılar) təmasdançəkinməlidirlər.

Körpələr üçün ana südü ilə qidalanmanın davam etdirilməsivacibdir, çünki ana südü qoruyucu faktorları ehtiva edir.

TƏBİB-dən isə mövzu ilə bağlı bildirilib ki, payız-qışmövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskinrespirator virus infeksiyalarının, habelə qripin yayılmasınınqarşısının alınması məqsədilə ənənəvi profilaktik və əksepidemiktədbirlər həyata keçirilir.

"8 oktyabrdan 28 yanvaradək TƏBİB-in tabeliyində olan tibbmüəssisələrində ümumilikdə 27 271 nəfər qrip əleyhinə peyvəndolunub.

Onlardan 0-17 yaş aralığı 4 219 nəfər, 18-59 yaş aralığı 16 875nəfər, 60 yaş və yuxarı isə 6 177 nəfərdir".

Qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilənyüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan“Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaqistəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına,Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkinsəhiyyə müəssisələrinə müraciət edə bilər. Peyvəndlənmə könüllülükprinsipi əsasında aparılır.

Chosen
12
4
az.trend.az

5Sources