EN

“Fintrend” BOKT-nin vəzifəli şəxsi cərimələndi – MƏBLƏĞ

“Fintrend” BOKT MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən “Fintrend” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2 000 manat məbləğində cərimə edilmişdir.

Xatırladaq ki, “Fintrend” 2014-cü ildə yaradılıb. BOKT-un təsisçiləri 95 %-lik payla “Pro Trade Logistics DMCC” şirkəti və 5%-lik payla Sahib Əliyevdir.

Chosen
5
6
banker.az

10Sources