EN

İsrail: Müharibəyə hazırlıqlarımızı artırdığımız bir dövrdəyik

İsrail Baş Qərargah rəisi Eyal Zamir İranla artan gərginlik fonunda ordunun müharibəyə hazırlıq səviyyəsini yüksəltdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, Zamir yüksək rütbəli komandirlərlə keçirilən konfransda çıxışı zamanı ordunun müxtəlif ssenarilərə hazırlaşdığını bildirib.

Zamir vurğulayıb ki, “çoxcəbhəli müharibə şəraitində daim ayıq-sayıq olmalı və qəti qələbəyə hazır olmalıyıq”, həmçinin İsrail ordusunun hazırda “artırılmış müharibə hazırlığı mərhələsində” olduğunu qeyd edib.

HƏMAS-ın 7 oktyabr 2023-cü ildə həyata keçirdiyi qəfil hücumdan nəticə çıxarılmasının vacibliyini qeyd edən Zamir, “müharibənin bütün cəbhələrində müxtəlif hücum və müdafiə əməliyyatlarına hazır olmalıyıq” deyə əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
2
1
turkustan.az

2Sources