EN

Əhmədinejad “Epşteyn fayl”ına dair sükutunu qoruyur

Mahmud Əhmədinejad hələ də Cefri Epşteyn fayllarında adının hallanmasına münasibət bildirməyib.

"Yeni Sabah" xəbər verir ki, sabiq İran Prezidentinə bağlı "Doulət Bəhar" kanalı adı hallanan şəxslərin görüşünü təkzib edib.

Əhmədinejadın media üzrə müşaviri Əli Əkbər Cavanfekr "Telegram" kanalında qeyd edib: "Bu iddia yalan və manipulyasiya üzərində qurulmuş xəbərdən başqa bir şey deyil".

Mahmud Əhmədinejadın adı Cefri Epşteyn və Robert Trevor arasında 24 mart 2018-ci il elektron yazışmasında hallanır.

 


Telegram kanalımız
Chosen
11
yenisabah.az

1Sources