EN

“İmişli” hara “köçür”?: PFL rəsmisindən açıqlama: “Kluba rəsmi məktub yollamışıq”

“İmişli”nin ev oyunlarını keçirdiyi Quba Olimpiya Kompleksini tərk edəcəyi gözlənilir. Buna səbəb arenanın meydançasının yararsız durumda olmasıdır.

Bir neçə gün öncə yazdığımız xəbərdə bölgə təmsilçisinin Yevlax şəhər stadionuna üz tutmaq niyyətində olduğunu bildirmişdik. Məsələ tam həllini tapmasa da, bu barədə söz-söhbətlər var.

Bölgə klubunun bununla bağlı Peşəkar Futbol Liqasına müraciət etdiyi də bildirilir. Məsələyə ayınlıq gətirməsi üçün PFL-in Media və Marletinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq:

“İmişli” komandasının rəqiblərini başqa stadionda qəbuletməsi ən sonda veriləcək qərardır. PFL olaraq Quba OİK stadionunun daha yaxşı vəziyyətə gətirilməsi ilə bağlı “İmişli” klubuna rəsmi məktub ünvanlamışıq. Hazırda vəziyyəti nəzarətdə saxlayırıq və ümid edirik ki, durum yaxşılaşacaq. Əks təqdirdə Əsasnamə tələblərinə uyğun olaraq növbəti addımlar atıla bilər. Qeyd etdiyiniz məsələ ilə bağlı bizə rəsmi müraciət gəlməyib”.

Xatırladaq ki, bölgə təmsilçisi mövsümün əvvəlində ev oyunları Şamaxıda keçirirdi. Komanda daha sonra rəqiblərini Quba OİK-də qəbul etdi. İndi “İmişli”nin yenidən stadion axtarışında olduğu iddia edilir.

Daha bir vacib məqamı da qeyd edək ki, bir klubun mövsüm ərzində ev oyunlarını keçirmək sadəcə iki stadion sifariş verə biləcəyi iddiası doğru deyil. Bu barədə əsasnamadə hər hansı bir qadağa yoxdur.

Premyer Liqa klubları PFL-in elita üçün yararlı saydığı arenalarda ev oyunlarını keçirə bilər. Bunun üçün hər hansı bir say məhdudiyyəti yoxdur.

Həsən Quluzadə / İdmanxeber.az 

 

Chosen
2
idmanxeber.az

1Sources