EN

“Aztelekom” MMC infrastruktur bazasını yeniləyir

Bakı. Trend:

AZCON Holdinq şirkətlərindən olan “Aztelekom” MMC beynəlxalqinternet trafikinin magistral fiber-optik şəbəkə üzərindəndaşınması üçün infrastruktur bazasını gücləndirir.

Belə ki, cari aydan etibarən şirkət mövcud yüksəktutumlufiber-optik ötürmə texnologiyasına əsaslanan şəbəkəsinin (DWDM)genişləndirilməsinə və müvafiq proqram təminatlarının yenilənməsinəbaşlayır.

“Huawei” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəklayihənin ilk mərhələsində avadanlığın müvafiq məntəqələrdəquraşdırılması və mövcud şəbəkə ilə inteqrasiyası nəzərdə tutulur.Növbəti mərhələdə beynəlxalq trafikin yeni avadanlıqlar üzərindəndaşınmasına keçid təmin ediləcək. Ümumilikdə layihənin cari ilin3-cü rübü ərzində yekunlaşması planlaşdırılır.

“Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən HəsənÖmərov layihənin təqdimatı zamanı bildirib ki, bu təşəbbüsün icrasınəticəsində Azərbaycanın Şimal – Cənub və Qərb rəqəmsal tranzitdəhlizlərinin əsas komponenti kimi mövqeyi daha da möhkəmlənəcək vəbu, ölkəmizin beynəlxalq rəqəmsal mühitdə rəqabət qabiliyyətininartırılmasına mühüm töhfə verəcək.

Məqalədə:
Chosen
7
5
az.trend.az

10Sources