“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi 19 yaşlı yarımmüdafiəçi Alfadjo Sisseni transfer edib.
Klub futbolçunun keçidi üçün 8 milyon avro ödəyəcək. Həmçinin "Milan" əlavə 1,5 milyon avro bonus da verməli olacaq.
Sisse yayda Milana qoşulacaq. O, cari mövsümün sonuna qədər icarə əsasında “Katandzaro”da çıxış edəcək.
Qeyd edək ki, orta xətt oyunçusu müqavilə ilə "Verona"ya məxsusdur.
A Seriyası klubu baş məşqçisi ilə yollarını ayırıb
Duran Rusiya yolunda
İsveç millisinin üzvü “Qalatasaray”a keçə bilər
"Anderlext"də ayrılıq
Ter Ştegen sıradan çıxdı - "Barselona"ya qayıda bilər