Ağsuda gecə saatlarında "Mitsubishi" və "Kia" markalı avtomobillər toqquşub.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində 2010-cu il təvəllüdlü Zöhrabov Sərxan Sərdar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.