EN

Türkiyədə terrorçulara qarşı əməliyyat - 96 nəfər həbs olunub

Türkiyədə MLKP silahlı terror təşkilatına qarşı aparılan əməliyyatlarda 96 şübhəli həbs olunub.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib.

"Polis qüvvələrimizin MLKP silahlı terror təşkilatına qarşı İstanbulda mərkəzləşmiş 22 vilayətdə apardığı əməliyyatlarda 96 şübhəlini həbs etdik. Terrorizmə qarşı mübarizəmiz yalnız hüquq-mühafizə qüvvələrimizin sahə əməliyyatları ilə məhdudlaşmır. Həmçinin, təhlükəsizlik, kəşfiyyat, rabitə və beynəlxalq əməkdaşlığı əhatə edən çoxşaxəli səylərə əsaslanır. Dövlət Prokurorluğumuzu, Polis Departamentimizi, qəhrəman polis zabitlərimizi və iştirak edən hər kəsi təbrik edirəm",-deyə nazir bildirib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
5
missiya.az

1Sources