EN

Naftalanda 36 yaşlı kişi dəm qazından zəhərlənib

Naftalanda kişi dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Naftalan şəhərində yerləşən evlərinin birində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü A.Əsgərzadə zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, 36 yaşlı kişi yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

Chosen
11
5
apa.az

8Sources