EN

Ötən il banklar iri sahibkarlığa 8,5 milyard manat biznes kredit verib

Bankların iri sahibkarlığa yönələn kreditlərinin həcmi 2025-ci ilin sonuna 8 milyard 550,2 milyon manat təşkil edib.

FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, əvvəlki ilin sonu ilə müqayisədə 252,9 milyon manat və ya 3% artım deməkdir.

Aylıq müqayisədə isə iri biznesə kreditlər 186,4 milyon manat (2,2%) artıb.

Xatırladaq ki, 2025-ci ilin dekabrın 1-nə  iri biznesə kreditlər 8 milyard 363,8 milyon manat, əvvəlki ilin sonunda isə 8 milyard 297,3 milyon manat təşkil edirdi.

Chosen
11
fed.az

1Sources