EN

DYP sürücülərə çağırış etdi: Piyada keçidlərində sürət azaldılmalı, təhlükəsizlik təmin olunmalıdır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə piyada keçidlərində və piyadaların hərəkətinə icazə verilən yerlərdə daha diqqətli olmağa çağırıb.

Qurumdan bildirilib ki, sürücülər hərəkət sürətini, trayektoriyanı, yol və hava şəraitini nəzərə almalı, piyada keçidlərinə yaxınlaşarkən nəqliyyat vasitəsinin sürətini vaxtında azaltmalı və piyadaların yolu təhlükəsiz şəkildə keçməsinə mane olmamalıdırlar.

BDYPİ vurğulayıb ki, piyadanın yolu təhlükəsiz keçməsi üçün şəraitin yaradılması birbaşa olaraq sürücünün diqqətindən, məsuliyyətindən və yol hərəkəti qaydalarına düzgün əməl etməsindən asılıdır. Qurumun açıqlamasında qeyd olunub ki, piyada keçidlərində baş verən yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz sürət həddinin aşılması və sürücülərin diqqətsizliyi ilə əlaqəlidir.

Müraciətdə bütün sürücülər piyada keçidlərinə yaxınlaşarkən xüsusi ehtiyatlı olmağa, piyadaların təhlükəsiz həyat və hərəkət hüququna üstünlük verməyə və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırılıb.

DYP əlavə edib ki, bu tələblərə əməl olunması yol-nəqliyyat hadisələrinin, xüsusilə də piyadaların iştirakı ilə baş verən qəzaların sayının azaldılmasında mühüm rol oynayır.

Chosen
3
17
anews.az

10Sources