Misli Premyer Liqasında XX turun cədvəli açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
"Qarabağ" "İmişli" ilə fevralın 14-də qarşılaşacaq. Lider "Sabah" isə iki gün sonra "Qəbələ"nin qonağı olacaq.
Misli Premyer Liqası, XX tur
14 fevral (cümə)
14:30. "İmişli" – "Qarabağ"
Quba Olimpiya İdman Kompleksinin stadionu
17:00. "Zirə" – "Karvan-Yevlax"
Zirə İdman Kompleksinin stadionu
15 fevral
14:30."Kəpəz" – "Neftçi"
Yevlax şəhər stadionu
17:00."Araz-Naxçıvan" – "Sumqayıt"
"Liv Bona Dea Arena"
16 fevral
14:30."Şamaxı" – "Turan Tovuz"
Şamaxı şəhər stadionu
17:00."Qəbələ" – "Sabah"
Qəbələ şəhər stadionu.