EN

"Kəpəz"in futbolçusu bıçaqlanıb

"Gəncədə bıçaqlanan "Kəpəz"in futbolçusu Veysəl Rzayevin ölüm təhlükəsi yoxdur".

 

Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən açıqlama verilib.

 

"Hadisə səhər saatlarında baş verib. Amma səbəbi hələlik bəlli deyil. Vəziyyəti bir az ağır olsa da, ölüm təhlükəsi yoxdur", - deyə məlumatda bildirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, V.Rzayev bu il yanvarın 7-də "Kəpəz"ə transfer olunub.

Tarix: 3 Fevral 2026, 09:23   
Chosen
13
pravda.az

1Sources