Paytaxtda dəm qazı faciəsi baş verib. 21 yaşlı Nuranə Elçin qızı yaşadığı ünvanda dəm qazından boğularaq həyatını itirib.
Doğru.az xəbər verir ki, Sfera.az-ın məlumatına görə, hadisə Bakıda qeydə alınıb. İlkin məlumata əsasən, ölüm səbəbi dəm qazından zəhərlənmə olub.
Faktla bağlı araşdırma aparılır.
Allah rəhmət eləsin.
