EN

"Trampın idarəetmə tərzi dolların məzənnəsinə mənfi təsir göstərir"

Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Trampın liderlik tərzi ABŞ dollarının məzənnəsinə mənfi təsir göstərir və ölkənin inflyasiyaya qarşı mübarizəsini zəiflədə bilər.

Hafta.az xəbər verir ki, bu qənaət Trampın fərqli idarəetmə üslubunun milli valyutanın dəyərinə təsirini təhlil edən “The Washington Post” qəzetinin analitik məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, Trampın 2025-ci ilin yanvarında Ağ Evə qayıtmasından bəri dollar 10 faizdən çox dəyər itirib. Vaşinqtondakı Brukinqs İnstitutunun baş elmi işçisi, iqtisadçı Robin Bruks nəşrə bildirib: “Düşünürəm ki, dollar bu il daha 10 faiz və ya daha çox ucuzlaşacaq”. Daha əvvəl Beynəlxalq Valyuta Fondunda çalışmış ekspert vurğulayıb ki, “investorlar bu cür siyasi xaosa qarşı instinktiv ikrah hissi keçirirlər”.

Qəzetin məlumatına görə, dolların ucuzlaşmasının əsas səbəblərindən biri Prezident Trampın xaotik siyasətinin zəncirvari təsiridir. Bu siyasətə idxal tarifləri, eləcə də - “artan ölkələrin siyahısı”na qarşı hərbi gücdən istifadə ilə bağlı qəfil qərarlar və sonradan atılan geri addımlar daxildir. Nəşr bildirir ki, bir çox xarici investor bu qeyri-müəyyənlikdən yorulub və nəşrin qənaətincə, “dolların zəifləməsi ilə bağlı daha geniş tendensiya davam edir”.

Qəzet yazır ki, xarici investorlar hələlik dollardan tam imtina etməsələr də, ona olan inamları əhəmiyyətli dərəcədə azalıb.

Chosen
3
2
hafta.az

3Sources