EN

Avstraliya İrana qarşı sanksiyaları genişləndirir: Əsas hədəf SEPAH-dır

Avstraliya İrana qarşı sanksiyaları genişləndirir: Əsas hədəf SEPAH-dır

Avstraliya hökuməti İranın 20 vətəndaşına və 3 müəssisəsinə qarşı əlavə sanksiyalar tətbiq edib.

AFN.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Penni Vonq rəsmi bəyanat yayıb.

Yeni sanksiya siyahısına İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli nümayəndələri daxil edilib. Penni Vonq bildirib ki, bu şəxslər daxili etirazların amansızcasına yatırılmasında və həm ölkə daxilində, həm də xaricdə insan həyatına təhlükə yaradan fəaliyyətlərdə iştirak ediblər.

Xatırladaq ki, Avstraliya hakimiyyəti 27 noyabr 2025-ci il tarixində SEPAH-ı terrorizmin dövlət sponsoru kimi tanıyıb. Nazirin sözlərinə görə, son qərarla birlikdə Avstraliyanın sanksiya tətbiq etdiyi İran vətəndaşlarının və müəssisələrinin ümumi sayı 300-ü keçib.

İranda iğtişaşlar 2025-ci il dekabrın 29-da milli valyutanın (rial) kəskin dəyər itirməsi fonunda başlayıb və sürətlə bütün iri şəhərlərə yayılıb. Rəsmi Tehran iğtişaşların təşkilində ABŞ və İsraili ittiham edir. İran Xarici İşlər Nazirliyinin yanvarın 23-nə olan məlumatına görə, hadisələr zamanı ölənlərin sayı 3 117 nəfərə çatıb; qurbanlar arasında həm dinc sakinlər, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşları var.

Chosen
14
afn.az

1Sources