EN

Tural İrfan: “İnsanın ölərkən tam basdırılması haqqında dində heç bir əmr yoxdur”

“Ölmüş insanın orqanlarını digərinin həyatını xilas etmək üçün özünün sağlığında rəsmi icazəsi, yaxud varisinin izni ilə istifadə edilməsi mümkündür. Dinimiz bir insana həyat verməyi bütün bəşəriyyətə həyat vermək kimi qiymətləndirir. Bəzi qeyri-ənənəvi mühafizəkar inanclara sahib olanlar radikal yanaşaraq bu kimi humanist məqsədləri inkar edirlər, lakin bunlar ümumilikdə dinin tam mahiyyətini və ümumi rəyi əks etdirmir. Ürək transplantasiyası üçün donor olmaq insanın öz xoşu və razılığı ilə olarsa, burada dinə zidd məsələ yoxdur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

 

İlahiyyatçı bildirib ki, insanın ölərkən tam basdırılması haqqında dində heç bir əmr yoxdur: “Bu haqda “Qurani-Kərim”də də hökm mövcud deyil. Lakin kitabın və dinin ümumi mahiyyəti bu işin mümkün, bəlkə də, fəzilətli olduğunu göstərir. Ancaq belə hallarda mütləq orqan verənin sağlığında öz izni, öldükdən sonra da varisinin icazəsi vacibdir. Əsla mənfəət qarşılığında olmamalıdır. Bu, baş verərsə, alverə çevrilə bilər. Ölmüş yaxınının ürəyini başqasına vermiş şəxsin sonradan məhkəməyə müraciət edib ürəyi geri istəməsi kimi halların baş verməməsi üçün mütləq yazılı, qanuni razılıq olmalıdır. Amma indiki şəraitdə əhali arasında da kiməsə köçürülməsi mümkün olan sağlam ürək tapmaq çox çətin olar...”.

 

Aytəkin Qardaşova

Tarix: 3 Fevral 2026, 08:18   
Chosen
14
pravda.az

1Sources