EN

Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ xəzinə istiqrazlarının 9,4 trilyon dolları xarici investorların payına düşür. Yeni təqdim olunan reytinq cədvəlinə görə, siyahıda lider ölkə 1,2 trilyon dollarla Yaponiyadır. Böyük Britaniya 888,5 milyard dollar həcmində kapitalla ikinci yerdədir. Bu siyahıda Avropa ölkələrinin payı təxminən 40 faizdir.

Reyting.az bildirir ki, son illər BRİKS ölkələri ABŞ istiqrazlarını azaltmağa qərar verib. Dünya üzrə ümumi maliyyə göstəricilərinin tez-tez dəyişməsi, qlobal iqtisadiyyatın real durumu bir çox dövlətlərə öz taktikasını dəyişmək imkanı qazandırıb. Artıq Braziliya 27 faiz, Hindistan 20 faiz, Çin isə 11 faizlə 2025-ci ilin sonuna yaxın mərkəzi bank ehtiyatlarındakı qızılı artırıblar.

Mütəxəssislərin sözlərinə görə, məhz bunun nəticəsidir ki, artıq bəzi ölkələr qızıl payına üstünlük verməyə başlayıblar. Getdikcə artan qızıl payçılarının qərarları ABŞ-nın bank istiqrazlarına, pulun möhkəmlənməsi strategiyasına təsirsiz ötüşməyib. Bununla belə, ABŞ hələ ki, bu sahədə lider ölkə kimi ciddi problemlər yaşamır və dünya nəhəngi olan payçılarını itirəcəyini güman etmir.

Lakin yeni reytinq cədvəlinin müəllifləri və analitikləri tamamilə fərqli düşünürlər. Ekspertlərin fikrincə, məlum reallıq, həm də müxtəlif rəqəmlər artıq qlobal miqyasda güclənən qızılın liderliyindən xəbər verir.

Mütəxəssislərə görə, əgər qızıl yaxın illərdə bu cür sürətlə güclənməkdə davam edərsə, beynəlxalq səviyyədə, o cümlədən ABŞ daxilində dollarla, istiqrazlarla bağlı, ciddi və çox təhlükəli dəyişikliklər baş verə bilər.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
reyting.az

1Sources