EN

Dünyada qeydə alınan bədxassəli şişlərin təxminən üçdə biri piylənmə ilə əlaqəlidir- onkoloq

Dünyada qeydə alınan bədxassəli şişlərin təxminən üçdə biri piylənmə ilə əlaqəlidir- onkoloq

Dünyada qeydə alınan bədxassəli şişlərin təxminən üçdə biri birbaşa artıq çəki və piylənmə ilə əlaqəlidir.

AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq, akademik İvan Stilidi 4 Fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü ərəfəsində bildirib.

Akademikin sözlərinə görə, piylənmə zamanı orqanizmdə baş verən metabolik dəyişikliklər və hormonal pozuntular bədxassəli yenitörəmələrin inkişaf riskini kəskin artırır. O, həmçinin qidalanma vərdişlərinin onkoloji risklərə təsirini vurğulayaraq bildirib ki, xüsusilə emal olunmuş ət məhsullarının (kolbasa, sosiska, bekon) və spirtli içkilərin qəbulu xərçəng ehtimalını yüksəldir. Əksinə, tərəvəz və liflə zəngin qidalar bu riskləri minimuma endirir.

Rəsmi statistikaya görə, hazırda bir çox ölkələrdə hər üç vətəndaşdan biri piylənmədən əziyyət çəkir və bu göstəricinin yaxın onilliklərdə azalacağı gözlənilmir.

Ümumdünya Xərçənglə Mübarizə Gününün əsas məqsədi xəstəliyin vaxtında aşkarlanması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirməni artırmaqdır.

Chosen
34
afn.az

1Sources