EN

İlon Mask şirkətlərini birləşdirib

BAKI, 3 fevral. TELEQRAF

Amerikalı milyarder İlon Maskın təsis etdiyi kosmik şirkət "SpaceX" ona məxsus süni intellekt sahəsində fəaliyyət göstərən "xAI" şirkətini satın alıb.

Teleqraf xəbər verir ki, bu barədə "SpaceX"in yaydığı mətbuat məlumatında qeyd olunub.

Bildirilib ki, süni intellekt texnologiyalarının inkişafı böyük həcmdə elektrik enerjisi tələb edir. Yer üzərində isə bu ehtiyacı ətraf mühitə zərər vurmadan tam şəkildə ödəmək üçün kifayət qədər resurs yoxdur.

Şirkətlərin birləşdirilməsi gələcəkdə süni intellekt üçün məlumat emalı mərkəzlərinin kosmosda yerləşdirilməsinə və onların fəaliyyətində günəş enerjisindən istifadəyə imkan yaradacaq.

"SpaceX"in açıqlamasında vurğulanıb ki, bu addım həm texnoloji inkişaf, həm də ekoloji davamlılıq baxımından strateji əhəmiyyət daşıyır.

Chosen
24
teleqraf.com

1Sources