EN

ABŞ-nin hərbi-dəniz qüvvələri İrana doğru yola düşüb

BAKI, 3 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana doğru istiqamətlənən ABŞ hərbi-dəniz qüvvələrinin yaxın vaxtlarda bölgəyə çatacağını bildirib.

Teleqraf xəbər verir ki, Donald Trampın sözlərinə görə, hazırda ABŞ-yə məxsus iri və güclü gəmilər İrana doğru hərəkətdədir və tezliklə təyinat nöqtəsinə çatacaq.

Qeyd edək ki, yanvarın 30-da Donald Tramp ABŞ-nin İrana Venesuela istiqamətində yerləşdiriləndən daha böyük qüvvələr göndərdiyini bildirmişdi.

Bundan əvvəl İsrailin "13-cü kanal"ı ABŞ-yə məxsus “Abraham Linkoln” aviadaşıyıcısının Yaxın Şərqə çatdığını xəbər vermişdi.

Eyni zamanda “Tasnim” nəşri yazır ki, ABŞ və İran yaxın vaxtlarda danışıqlara başlaya bilər. Məlumata görə, mümkün təmaslarda İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edə bilər.

Chosen
36
teleqraf.com

1Sources