EN

"Kurdlar Vadisi"nin çəkildiyi məşhur yalı 6 milyon manata satılır...

"Kurdlar Vadisi" serialının çəkildiyi məşhur yalı satışa çıxarılıb. Lakin məsələ tam mülkün deyil, yalnız 15,23 faiz payının satışa çıxarılması ilə bağlıdır. Sözügedən pay üçün müəyyən olunan qiymət 170 milyon TL (6 milyon 647 min AZN) təşkil edir.

İstanbulun Qəndilli səmtində, Boğaziçi sahilində yerləşən bu tarixi tikili məşhur memar Qarabed Balyan tərəfindən 1835-1855-ci illər arasında inşa edilib. Yalı II Abdülhəmid dövrünün tanınmış tacirlərindən Altunizadə Nəcib bəy üçün tikilib və onun memarlıq planında Dolmabağça Sarayından ilhamlanan elementlər açıq şəkildə hiss olunur.

Mətləb

Chosen
35
1
sia.az

2Sources