BAKI, 3 fevral. TELEQRAF
Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez ABŞ-nin Venesuela üzrə müvəqqəti işlər vəkili Laura Doqu ilə görüş keçirib.
Teleqraf xəbər verir ki, vu barədə Bolivar Respublikası Venesuelanın informasiya və kommunikasiya naziri Migel Anxel Peres “Telegram” kanalında məlumat yayıb. Bildirilib ki, görüş fevralın 2-də günün ikinci yarısında Karakasda Prezident sarayı Mirafloresdə baş tutub.
Nazirin sözlərinə görə, görüş Venesuela Bolivar Respublikası ilə ABŞ arasında işgüzar gündəlik çərçivəsində keçirilib.
Xatırladaq ki, 2019-cu ilin yanvarında Venesuela Vaşinqtonun özünü prezident elan etmiş Xuan Quaydonu tanımasından sonra ABŞ ilə diplomatik münasibətlərin kəsildiyini açıqlamışdı. Bununla belə, Vaşinqton Guaydonun administrasiyası ilə diplomatik əlaqələri davam etdirdiyini bildirmiş və Kolumbiyada Venesuela üzrə müvəqqəti işlər vəkilinin ofisini açmışdı.
Cari ilin yanvarında bu vəzifəyə Laura Doqu təyin edilib. O, daha əvvəl ABŞ-nin Honduras və Nikaraquadakı səfiri olub. Laura Doqu yanvarın 31-də Karakasa gəlib.