EN

Tramp enerji resurslarından başqa ölkələrə təzyiq üçün istifadə etmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp enerjidən digər ölkələrə siyasi təzyiq vasitəsi kimi fəal şəkildə istifadə olunmasını davam etdirmək niyyətindədir.

"Report"un məlumatına görə, bunu ABŞ-nin daxili işlər naziri Duqlas Berqam Kuba ətrafındakı vəziyyəti "Fox News"un canlı efirində şərh edərkən bildirib.

"Bu, Prezident Trampın enerji dominantlığının xaricdə sülhə, daxildə isə rifaha apardığını anlayışının daha bir nümunəsidir", - nazir bildirib.

Vaşinqton əvvəllər Havanaya neft tədarükünün qarşısını almağa çalışdığını açıqlayıb. Berqam hesab edir ki, enerjidə dominant mövqe ABŞ-yə enerji diplomatiyası ilə məşğul olmağa imkan verir. "Neftə nəzarət etmək, diplomatiya üçün imkanlar yaratmaqla pula nəzarət deməkdir", - daxili işlər naziri izah edib.

D.Berqam həmçinin Rusiya və Kuba arasında hərbi sahə də daxil olmaqla əməkdaşlıqdan qısaca bəhs edib. "Biz belə bir fəaliyyətin qapımızın ağzında olmasını istəmirik", - nazir bildirib.

O, ABŞ-nin Kubanın hazırkı hökumətində dəyişiklik görmək istədiyini etiraf edib. Kuba hökumətinin Vaşinqtonun hazırkı təzyiqi altına düşə biləcəyi soruşulduqda, o, "Əlbəttə ki, belədir", - cavab verib.

Tramp yanvarın 29-da Vaşinqtona Kubaya neft tədarük edən ölkələrin mallarına rüsum tətbiqinə səlahiyyət verən sərəncam imzalayıb. Sərəncam Kubanın yaratdığı təhlükə səbəbindən ABŞ-də rəsmi olaraq fövqəladə vəziyyət elan edir.

Chosen
34
far.az

1Sources