Türkiyəli sosial media fenomeni Bahar Candanın intihara cəhd etdiyi ortaya çıxıb.
Ölkə.az xəbər verir ki, o, ötən gecə anası Umut Candana "Bacımın yanına getmək istəyirəm" məzmunlu mesaj göndərərək bir qutu dərman içib. Anası bu barədə təcili tibbi yardıma xəbər verib. Tibb işçiləri Baharı yaşadığı evdə huşsuz halda tapıb.
Fenomen xəstəxanaya aparılaraq mədəsi yuyulub və müalicə olunub.
Qeyd edək ki, Baharla Nihal “İşte benim stilim” proqramının iştirakçılarından olub. Fenomen bacılar Türkiyədə "çirkli pulların yuyulması" ilə bağlı araşdırmalarda həbs olunmuşdu. Nihal aclıq aksiyasının ardından azadlığa buraxılmışdı. Son günlər çəkisi 23 kiloqrama qədər düşən Nihal anoreksiyadan vəfat etmişdi.(axsam.az)