EN

“Malyorka” “Sevilya”nı məğlub edərək düşmə zonasından çıxıb VİDEO

ain.az bildirir, Idman.biz portalına istinadən.

İspaniya La Liqasının 22-ci turunun son oyunu “Malyorka” və “Sevilya” arasında olub.

İdman.Biz xəbər verir ki, komandalar “Malyorka Son Moix” stadionunda (Palma de Mayorka, İspaniya) oynayıblar. Oyun 4:1 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatıb.

“Malyorka”nın hücumçusu Vedat Muriqi 26-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. “Sevilya”nın hücumçusu Nil Mope 45+1-də hesabı bərabərləşdirib. 53-cü dəqiqədə yarımmüdafiəçi Samo Kosta ev sahibi komandanı yenidən hesabda irəli çıxarıb. Yarımmüdafiəçi Sergi Darder 74-cü dəqiqədə “Sevilya”nın qapısına üçüncü qolu vurub. 90+7-ci dəqiqədə Pablo Torre matçın yekun hesabını müəyyənləşdirib.

22 La Liqa oyunundan sonra “Malyorka”nın 24 xalı var və 13-cü yerdədir. “Sevilya”nın da 24 xalı var və 15-ci yerdədir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
icma.az

2Sources