ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yanvarın 28-də Polşadakı hərbi bazanın ərazisinə mənşəyi məlum olmayan dron düşüb.
Oxu.Az bu barədə ""Radio ZET" radiostansiyasına istinadən xəbər verir.
Dron silah anbarından təxminən 70 metr məsafədə aşkar edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Söhbət Varşavadan 100 km şimalda yerləşən Pşasnış şəhərindəki hərbi bazadan gedir.
"Radio ZET" mənbələrinin ilkin məlumatına görə, pilotsuz uçuş aparatı kəşfiyyat xarakterli olub. Radiostansiyanın həmsöhbəti bildirib ki, hərbi bazanın növbətçiləri onun uçuşunu müşahidə ediblər. Dron düşdükdən sonra hərbçilər ona baxış keçirib və bazanın binasına aparıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.