EN

Kanada və Danimarka Qrenlandiya ilə bağlı qərarların ada sakinlərinin ixtiyarında olmasında həmfikirdir

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

"Qrenlandiyanın gələcəyi ilə bağlı qərarlar yalnız ada sakinləri və Danimarka xalqı tərəfindən verilə bilər".

APA xəbər verir ki, bu, Kanada və Danimarkanın baş nazirləri Mark Karni və Mette Frederiksen arasında baş tutan telefon danışığından sonra verilən açıqlamada öz əksini tapır.

"Baş nazir Karni və baş nazir Frederiksen suverenlik və ərazi bütövlüyünün fundamental prinsiplərini dəstəklədiklərini bir daha təsdiqləyiblər və Qrenlandiyanın gələcəyi ilə bağlı qərarların yalnız Qrenlandiya və Danimarkaya aid olduğunu təkrarlayıblar", - Karninin ofisi tərəfindən yayılan açıqlamada bildirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
1
apa.az

2Sources