EN

Zelenski Ukraynanın Kubadakı səfirini vəzifəsindən azad etdi

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Kubadakı fövqəladə və səlahiyyətli səfirini vəzifəsindən azad edib.

Ucnoqta.az xəbər verir ki, bu, Zelenskinin saytında dərc olunmuş fərmanda deyilir.

2025-ci ilin oktyabr ayının sonunda Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ölkənin Havanadakı səfirliyinin bağlanması və Respublika ilə diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması qərarını elan etmişdi.

Chosen
31
ucnoqta.az

1Sources