EN

Məhkəmə ekspertizası sahəsində yeni elmi-metodiki vəsaitlər təqdim olunacaq

Hüquq və İnsan Haqları İnstitutu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə “Məhkəmə ekspertizası sahəsində yeni elmi-metodiki materialların təqdimatı” mövzusunda tədbir keçiriləcək.

QHT.az xəbər verir ki, tədbir çərçivəsində məhkəmə ekspertizası sahəsinə dair hazırlanmış 9 yeni elmi-metodiki vəsait hüquq ictimaiyyətinə təqdim olunacaq. Təqdim olunacaq materiallar bu sahədə çalışan mütəxəssislər və hüquqşünaslar üçün nəzəri və praktik baxımdan mühüm əhəmiyyət daşıyır.

Bu sahəyə maraq göstərən hüquqşünaslar tədbirdə iştirak edə bilərlər. Yerlərin məhdud olması səbəbilə tədbirə yalnız 10 nəfərin qatılması nəzərdə tutulur.

  •  Tarix: 10 fevral 2026-cı il
  •  Saat: 10:00
  •  Məkan: Hüquq və İnsan Haqları İnstitutu (Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 125)

Qeydiyyat linki:
https://forms.gle/7mRHUSWeL4hZK9fx8

Qeydiyyat üçün son tarix: 5 fevral 2026-cı il

Ətraflı məlumat üçün:
https://lhri.az/.../elan-m-hk-m-ekspertizasi-sah-sind...

Chosen
19
qht.az

1Sources