EN

Ademola Lukman rəsmən "Atletiko Madrid"də

Ademola Lukman rəsmən "Atletiko Madrid"də

İspaniyanın "Atletiko Madrid" klubu "Atalanta"nın ulduz futbolçusu Ademola Lukmanı heyətinə qatdığını rəsmən açıqlayıb.

Madrid təmsilçisi bir müddət "Fənərbaxça"nın da transfer siyahısında yer alan Ademola Lukmanın keçidini tamamladığını elan edib. İspaniya klubundan verilən rəsmi bəyanatda nigeriyalı hücumçu ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalandığı bildirilib.

Klubun rəsmi açıqlamasında futbolçunun keyfiyyətləri barədə bu ifadələrə yer verilib: "28 yaşlı, çoxşaxəli və dinamik, sağ ayaqlı oyunçu olan Lukman, həm ikinci hücumçu, həm də cinah oyunçusu kimi hər iki tərəfdə çıxış edə bilir. O, mərkəzə doğru reydlər edərək və ya cinahda qalaraq öz sürətini və driblinq qabiliyyətini ən yüksək səviyyədə nümayiş etdirir".

Transferin maliyyə detalları

"Atletiko" 28 yaşlı nigeriyalı hücumçu üçün İtaliya təmsilçisi "Atalanta"ya 35 milyon avro sabit məbləğ və 5 milyon avro bonus olmaqla, ümumilikdə 40 milyon avro ödəyəcək.

Lukmanın karyerası

Karyerası ərzində "Çarlton", "Everton", "Leypsiq", "Fulhem" və "Lester Siti" kimi klubların formasını geyinən Lukman xüsusilə son mövsümlərdə "Atalanta"dakı çıxışı ilə diqqət mərkəzinə düşüb. O, 2023/24 mövsümündə UEFA Avropa Liqasının qalibi olub. Lukman finalda "Bayer Leverkuzen"ə qarşı het-trik edərək tarixə düşmüşdü.

Chosen
16
20
afn.az

10Sources