“Roma” qış transfer pəncərəsinin son saatlarında heyətini Brayan Saraqosa ilə gücləndirib.
İdmanxeber.az xəbər verir ki, paytaxt klubu 24 yaşlı vingeri “Bavariya”dan mövsümün sonuna qədər icarəyə götürüb.
Müqaviləyə əsasən, “Roma” 2 milyon avro icarə haqqı ödəyib və 13 milyon avroluq satınalma opsiyası əldə edib.
İspan futbolçu yeni komandasında 97 nömrəli forma ilə çıxış edəcək.