İspaniya nəhəngi “Atletiko Madrid” klubu “Atalanta”nın futbolçusu Ademola Lukmanı heyətinə qatıb.
Offsideplus.az xəbər verir ki, transferin dəyəri 35 milyon avro + 5 milyon avro bonus şəklində müəyyənləşib.
26 yaşlı cinah hücumçusu ilə uzunmüddətli müqavilə imzalanıb. Klub rəhbərliyi Lukmanı hücum xəttinin gücləndirilməsi üçün əsas hədəflərdən biri kimi dəyərləndirirdi.