Nigeriyalı hücumçu Ademola Lukman İtaliyanın “Atalanta” klubundan İspaniyanın “Atletiko” klubuna keçib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “matraslılar”la müqaviləsini 30 iyun 2030-cu ilədək imzalayıb. Onun maaşı ilə bağlı məlumat açıqlanmır. Futbolçunun transferinin dəyəri 35 milyon avrodur. Bundan əlavə, Bergaması klubu müxtəlif bonuslar şəklində əlavə 5 milyon avro alacaq.
2025/2026 mövsümündə Lukman bütün turnirlər daxil olmaqla 19 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. 22 turdan sonra “Atletiko” 45 xalla La Liqa turnir cədvəlində 3-cü pillədə qərarlaşıb və lider “Real”dan 10 xal geri qalır.