EN

“Napoli” hücumçusunu göndərdi

“Napoli” hücumçusu Cüzeppe Ambrozinonu yarım illik icarə müqaviləsi ilə “Modena” klubuna göndərib.

90deqiqe.Az xəbər verir ki, 22 yaşlı futbolçu karyerasını Seria B-də davam etdirəcək.

Gənc yetirmə artıq beşinci dəfə doğma klubundan icarəyə verilir, lakin oyun təcrübəsi məhduddur. Cari mövsümdə Ambrozino “Napoli” üçün rəsmi 5 oyunda meydana çıxıb və qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Hazırda “Napoli” Seria A-da 46 xalla üçüncü pillədə qərarlaşıb və Çempionlar Liqasından kənarda qalıb. “Modena” isə Seria B-də 34 xalla beşinci sıradadır.

Chosen
23
90deqiqe.az

1Sources