EN

Britaniya İranın daxili işlər nazirinə sanksiya tətbiq edib

Böyük Britaniya İranın daxili işlər naziri, briqada generalı İsgəndər Momeni başda olmaqla, ümumilikdə 11 subyektə qarşı (10 fiziki şəxs və 1 təşkilat) yeni sanksiyalar tətbiq edib.Bu barədə “Reuters” agentliyi xəbər verir.

Sanksiya siyahısına daxil edilənlər arasında İranın daxili işlər naziri ilə yanaşı, ölkənin bir neçə yüksək rütbəli polis rəisi və hüquq-mühafizə orqanlarının əməkdaşları da var.

Britaniya Xarici İşlər Nazirliyindən bildirilib ki, bu addım İranda insan hüquqlarının ciddi şəkildə pozulması, dinc nümayişlərin zorakılıqla yatırılması və söz azadlığının məhdudlaşdırılmasına cavab olaraq atılıb. Sanksiyalar çərçivəsində siyahıdakı şəxslərin Britaniyadakı aktivləri dondurulub, onların ölkəyə girişinə qadağa qoyulub. Həmçinin, bu şəxslərin Böyük Britaniya yurisdiksiyasında olan şirkətlərdə rəhbər vəzifə tutması da qadağan edilib.

Chosen
13
3
anews.az

4Sources