EN

Hadisə şahidi: “15-20 it qadını parçalaya bilərdi”VİDEO

İtlərin hücum elediyi qadın yerə yıxılaraq başından xəsarət alıb...

Xezerxeber.az xəbər verir ki, hadisə Gəncədə qeydə alınıb. Yıxılan qadın huşunu itirib.

Sakinlər deyirlər ki, ərazidəki sahibsiz it problemi uzun müddətdir onları narahat edir. Ancaq bununla bağlı şikayətlərinə heç bir reaksiya verilmir.

Məsələ ilə bağlı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, Gəncə şəhəri ərazisində sahibsiz küçə itləri ilə bağlı ildə iki dəfə Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsində aksiya keçirilir. Aksiya çərçivəsində bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərinin iştirakı ilə sahibsiz küçə itlərinin qısırlaşdırılması həyata keçirilir. Hər bir aksiya zamanı orta hesabla 200-dən çox sahibsiz küçə iti prosesə cəlb olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
19
xezerxeber.az

1Sources